"Azərbaycan təkcə Ermənistana yox, həm də erməni faşizminə qalib gəlib" - MÜSAHİBƏ
22 Aprel 2022, 16:03
22 Aprel
2022
16:03
883
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Dünya Azərbaycanlılarının V qurultayı ilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Əli müəllim, məlum olduğu kimi, Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi qərara alınıb. Bu kontekstdə azərbaycanlıların diaspor fəaliyyətinin tarixi aspektlərini necə dəyərləndirərdiniz?
- Bu hadisə, şübhəsiz, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra xalqımız üçün ən gözəl müjdədir. Diaspordan söz düşəndə ilk növbədə gözümüzün önündə ən böyük azərbaycanlı saydığımız Ulu öndər Heydər Əliyevin siması canlanır. Həqiqətən də bu, çox əhəmiyyətli və dəyərli bir təşəbbüsdür. Bu tədbiri öncə Azərbaycan xalqının milli birliyinin təcəssümü kimi dəyərləndirmək lazımdır. Bu istiqamətdə fundamental uğurların əldə olunması həqiqətən də, ilk növbədə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, xaricdə yaşayan həmvətənlərimizlə bağlı fəaliyyətin inkişafı istiqamətində də mühüm addımlar atıldı. Ölkə daxilində sabitliyin və əmin-amanlığın təmin edilməsindən sonrakı dövrdə bu işlər daha geniş vüsət aldı.
2001-ci ildə Dünya azərbaycanlılarının Bakıda keçirilən ilk qurultayı Ulu öndər Heydər Əliyevin diaspor qarşısında mühüm vəzifələr qoyması ilə yadda qaldı. Bu baxımdan bu forumu xaricdəki soydaşlarımızın "Azərbaycançılıq” ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi və milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcı hesab etmək olar.
Heydər Əliyevin təşəbbüsü və müvafiq fərmanı ilə diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edildi. Təkcə bu faktlar onu deməyə əsas verir ki, Ümummilli liderimizin ölkə vətəndaşlarının və xaricdə yaşayan həmvətənlərimizin vahid bir ideya ətrafında sıx birləşməsi istiqamətindəki xidmətləri ölçüyəgəlməzdir. Ona görə də "Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” sözləri bu gün vətəninə və xalqına bağlı olan hər bir azərbaycanlının milli birlik şüarına çevrilərək həmrəylik himni kimi səslənir.
- Sizcə, ölkəmizin davamlı inkişafında, dünya arenasına inteqrasiyasında Azərbaycan diasporunun inkişafının növbəti mərhələsi nə ilə səciyyələnir?
- Qeyd etdimiz kimi, xaricdə yaşayan həmvətənlərimizlə işin möhkəm təməli ikinci minilliyin əvvəllərinədək artıq formalaşmış və qısa müddət ərzində oturuşmuş əlaqələr səviyyəsinə yüksəlmişdi. Lakin, deyək ki, digər milli diasporlarla, məsələn ermənilərlə müqayisədə biz lazımi nəticəni əldə edə bilməmişdik. Təbii ki, bunun səbəblərinin bir çox tarixi, siyasi, milli və mental çalarları mövcuddur. Bu, başqa bir söhbətin mövzusudur. Lakin indi bu istiqamətdə görülən işlər sayəsində azərbaycanlı diaspor təşkilatlarının daha səmərəli fəaliyyəti üçün geniş imkanlar yaranıb. Ölkə rəhbəri postuna seçildikdən sonra "Mən hər bir azərbaycanlının prezidenti olacağam”, - deyə bəyan etmiş cənab İlham Əliyev dövlət başçısı kimi bütün fəaliyyəti boyu xaricdəki soydaşlarımızın problemlərinə qayğı ilə yanaşmaqla bu sözünü tutmaqda və bu sahədə Ulu öndərin ortaya qoyduğu siyasi kursu daha uğurla həyata keçirməkdədir. Onun bilavasitə təşəbbüsü ilə reallaşan Dünya azərbaycanlılarının növbəti 3 qurultayının qərarları əsasında Azərbaycan diasporu son 20 ilə yaxın bir müddət ərzində mühüm inkişaf yolu keçmiş, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərib. 2008-ci ildə Xaricidə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında formalaşaraq daha mütəhərrik səlahiyyətlər əldə edən Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil olunması ilə bu işin nəzərəçarpacaq dərəcədə təkmilləşdirilməsi üçün daha geniş hüquqi baza yaranıb.
2018-ci ildə dövlətimizin başçısı tərəfindən imzalanmış yeni "Strateji Yol Xəritəsi”ndə diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəzərdə tutulub, xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası həyata keçirilib. Hazırda milli həmrəylik və birlik ideyasının reallaşdırılması naminə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 "Azərbaycan Evi" fəaliyyət göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün "Qarabağ” Azərbaycan məktəbləri təsis olunub.
- Bəs Azərbaycan diasporunun milli birlik və həmrəyliyin bərqərar olunması baxımından bugünkü rolunu və yerini necə dəyərləndirirsiniz?
- Deyirlər, dost çətin gündə tanınar. Bu xüsusda diaspor təşkilatlarımızın son illər ortaya qoyduğu əzmkar fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bunun təsdiqi üçün çoxsaylı faktlara müraciət edə bilərik. Biz Vətən müharibəsi dövründə xaricdə yaşayan həmvətənlərimizin nümayiş etdirdikləri vətənpərvərlik ruhuna bağlı olan milli birliyin və təəssübkeşliyin şahidi olduq. Ermənistanın işğalçılıq siyasəti dünyanın 30-dan çox ölkəsində 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirak etdiyi 200-dək aksiya vasitəsilə ifşa olundu. Həmin günlərdə ümumilikdə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi. Onların fəaliyyəti ölkə daxilində formalaşmış yeni siyasi konfiqurasiyanın əsasını yaradan siyasi həmrəyliyə böyük dəstək və nümunə kimi dəyərləndirilməlidir. Ona görə də tam məsuliyyətlə deyə bilərik ki, Böyük Qələbənin əldə olunmasında və dünya erməniliyinin cəhdlərinin qarşısının qətiyyərtlə alınmasında Azərbaycan diasporunun da özünəməxsus töhfəsi var. Məhz bu əzmkarlıq bu gün də bütün sahələrdə beynəlxalq erməni lobbisini üstələməyimizi şərtləndirir. Hesab edirəm ki, bu kontekstdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin son illərdəki fəaliyyəti də yüksək qiymətə layiqdir.
- Əli müəllim, son olaraq sabah Şuşa şəhərində öz işinə başlayacaq Dünya Azərbaycanlılarının V Qurultayının əhəmiyyəti barədə düşüncələrinizi bilmək maraqlıdır…
- Əvvəla, onu deyək ki, bu hadisə Azərbaycanın yeni tarixinə və azad Şuşanın əbədi həyat təqviminə qızıl hərflərlə yazılacaq. "Şuşa ili”ndə və Şuşanın 270 illiyi ərəfəsindəTürk dünyasının və İslam aləminin mədəniyyət mərkəzi adlandırılan bu şəhərdə dünyanın 65 ölkəsini təmsil edən 400 nümayəndənin iştirakı ilə keçirilicək möhtəşəm forumun böyük tarixi, siyasi, milli-mənəvi və hətta psixoloji əhəmiyyəti, həm də rəmzi mənası vardır. Əminəm ki, Zəfər gününədək xaricdəki soydaşlarımıza bəslənən məğlubiyyət sindromunun yaratdığı kinayəli münasibət indi artıq onların qüruru qarşısında yox olub. Şuşa forumu bu qüruruna üzərinə daha bir fəxarət hissini də gətirəcək ki, bu ovqat üzərindən bütövlükdə Azərbaycan toplumunu yeni zirvələrin fəthinə sövq edəcəkdir.
İlk dəfə olaraq ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda, özü də işğaldan azad edilmiş Qarabağ torpaqlarında görüşən tədbir iştirakçıları 30 illik işğal dövründə erməni vəhşiliyi barədə həqiqətləri dünyaya çatdırmaq, yeni geosiyasi reallıqlar fonunda qalib Azərbaycanın sürətli inkişafına, ölkəmizin sülhsevər siyasətini və xalqımızın tolerant dəyərlərə verdiyi önəmi yaşadıqları ölkələrdədə təbliğ etmək imkanı əldə edəcəklər.
Qurultayın məhz Şuşada təşkil olunması Azərbaycanın tarixi qələbəsinin legitimliyinin möhkəmlənməsinə xidmət edir və bundan əndişələnən bədxah qonşularımıza bir ismarıcdır ki, "Qarabağ Azərbaycandır!” və Şuşa da əbədi olaraq bizim olacaq. Və bu iradənin arxasında təkcə 100 minlik Azərbaycan ordusu deyil, həm də bütün dünyaya səpələnmiş 60 milyonluq azərbaycanlılar ordusudur.
Bu mənada, heç şübhəsiz, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsinin, əzminin və qətiyyətinə söykənən digər yeni reallıqlarla həmahəng olaraq Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək./Modern.az
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub