“Bu, çox vacib məsələdir.” – PARTİYA SƏDRİ

“Bu, çox vacib məsələdir.” – PARTİYA SƏDRİ
"Büdcə müzakirələrində təklif etdim ki, xaricdəki səfirliklərimizin mühafizəsinin gücləndirilməsi üçün əlavə vəsait ayrılsın. Çünki bu, çox vacib məsələdir.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bəli, hər birimiz anlayırıq və bilirik ki, həmin mühafizəni, təhlükəsizliyi təmin etmək öhdəliyi səfirliklərimizin yerləşdiyi ölkələrin üzərinə düşür. Amma son vaxtlar məlum kontekstdə ard-arda yaşanan bir sıra hadisələr göstərdi ki, həmin ölkələrə bu məsələdə çox da etibar eləmək olmaz. Özümüz də tədbirli olmalıyıq və səfirliklərimizin mühafizəsini gücləndirməliyik.” - deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti