Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb

Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən 07 mart 2024-cü il tarixində Ucar rayon Bağırbəyli kənd ibtidai məktəbində Bağırbəyli, Alpı, Qazyan və Qazıqumlaq kənd sakinləri və Ucar rayon mərkəzindən olan seçiciləri ilə görüşüb. 

Görüşdə vətəndaşlar tərəfindən Bağırbəyli kəndinin işıq və yol problemi, ibtidai məktəbin narahat vəziyyətdə olması, işsizlik, sosial problemlərin həlli, müalicə, su bulaqlarının artırılması, internet xəttlərinin çəkilməsi, elektrik transformatorlarının gücünün artırılması, şəxsi, o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub. 

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib. Görüşdə seçicilərdən bir neçə nəfər artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə etmişdirlər.

Daha sonra millət vəkili 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bağırbəyli kəndində şəhid Təbriz Bəkirovun anası Aliyə Bəkirova və Alpı kəndində şəhid  Fərzalı Fərzəliyevin anası Nigar Fərzəliyevanı ziyarət edib və xatirə hədiyyələr təqdim olunub. Həmçinin Şəhidlərimizi yad edib və dualar oxunub.

Onu da qeyd edək ki, deputat Ramil Həsən hər ay  seçicilərilə görüşür, mütamadi olaraq əlamətdar günlərdə və bayramlarda  müxtəlif aksiyalar keçirərək seçicilərinin yanında olur, onların qaldırdıqları problemlər dinlənilir, həlli üçün qanunauyğun müvafiq addımlar atılır.
 
 










Xəbər lenti