Ermənilər Qarabağda 5 minə yaxın mənzili satışa çıxarıb - Bu, Azərbaycana nə vəd edir?
20 Aprel 2022, 10:04
20 Aprel
2022
10:04
938
İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı şəksiz qələbə Ermənistanda bloklanmış situasiyanın yaranmasına səbəb oldu və erməni cəmiyyətində siyasi proseslərin fərqli məcrada cərəyan etməsinə gətirib çıxardı. Müharibədən sonra Qarabağda yaşayan ermənilərlə bağlı da Azərbaycanın milli maraqlarına cavab verən proseslər müşahidə olunur.
Əldə etdiyim məlumata görə, Qarabağda (oxu: Xankəndidə) yaşayan ermənilərə məxsus mülklərin satışı ilə bağlı son bir ay ərzində müxtəlif platformalarda 5 minə yaxın elan yerləşdirilib.
Hazırda Qarabağda 25-30 min arası erməni yaşayır. Əsasən 3-4 otaqlı mənzilləri satışa çıxaranlar orta imkanlı erməni ailələridir. Xankəndidə yaşayan ermənilər mənzilləri, torpaq sahələrini və ticarət obyektlərini tələsik sataraq, oranı mümkün qədər tez tərk etmək istəyirlər.
Müşahidələr və proseslərin təhlili göstərir ki, ermənilər Xankəndidə yaşamağın gələcək perspektivlərini görmürlər və İrəvanda hökm sürən dərin ümidsizlik Xankəndidə daha qabarıq şəkildə özünü büruzə verir.
Digər tərəfdən, Fərrux yükəkliyi və digər ərazilərdə Azərbaycan ordusunun apardığı hərbi-taktiki tədbirlər cavan erməni nəslinin nümayəndələrinə ciddi şəkildə mənfi təsir edir. Onlar başa düşürlər ki, İrəvanda səngimək bilməyən siyasi çəkişmələr və bütün bunların fonunda Azərbaycan ordusunun uğurlu addımları onların gələcək imkanlarını sıfırlamış olur.
Əminliklə demək olar ki, Rusiya hərbçilərinin sülhməramlı missiyasının bitdiyi ərəfədə Qarabağda yalnız yaşlı erməni nəsli, erməni hərbi birləşmələrində xidmət edən şəxslərin ailə üzvləri və Qarabağın sərvətlərini talayan biznes subyektləri qalacaq.
Sonda qeyd etmək lazımdır ki, ermənilərin rusların dəstəyi ilə Qarabağda həyata keçirdiyi "möhkəmlənmə” tədbirləri isə imitasiyadır. Bu, ermənilərin taktiki və situativ addımlarıdır. Azərbaycanın atdığı strateji addımlar bu tədbirlərin perspektivlərini heçə endirir.
Azərbaycanın bundan sonra Qarabağda atdığı addımlar müharibədə qazanılan qələbə qədər tarixi əhəmiyyət daşıyır. Şübhəsiz, ermənilərin Xankəndini sürətlə tərk etməsi Azərbaycanın növbəti qələbəsini qaçılmaz edir. Ermənilərin Qarabağda yaşamaq istəmirlər, belə çıxır ki, gələcəkdə Rusiya sülhməramlılarının fəaliyyətinə də real ehtiyac qalmayacaq.
Yəni, Qarabağdakı mövcud situasiya Azərbaycan üçün bu qədər strateji və əhəmiyyətlidir.
Ona görə də Prezident İlham Əliyevin qlobal proseslərdə ciddi tribuna qazanması, onun Qarabağla, ümumən Azərbaycanın gücləndirilmiş mövqeyi ilə bağlı atdığı praqmatik adddımlar məmurlar tərəfindən düzgün qiymətləndirilməlidir. Hazırda Qarabağdakı ədalətin tam şəkildə bərpa olunması, Azərbaycanın gələcək təhlükələrdən tamamilə sığortalanması üçün İ.Əliyev ciddi enerji sərf edir və belə bir situasiyada ölkənin daxilində gərginliyi artıran, dövlət-vətəndaş münasibətlərinə xələl gətirən istənilən hərəkət yolverilməzdir. Şəksiz, bu məsələdə əsas məsuliyyət də məmurların üzərinə düşür və tutduğu postdan asılı olmayaraq, hər bir məmur öz məsuliyyətini anlamalıdır. Bunun əksini etmək Prezidentin iqtisadi-siyasi, sosial və milli-tarixi konsepsiyalarını məqsədli şəkildə tormozlamaq deməkdir. Mən məmur-vətəndaş münasibətlərinə Prezident İ.Əliyevin qətiyyətlə səsləndirdiyi fikirlərə və dövlətin mövqeyinə əsaslanaraq toxunuram.
Dövlət başçısı fevralın 18-də videoformatda keçirdiyi qəbul zamanı vəzifə təyinatında tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplərin tamamilə aradan qaldırılmalı olduğunu demişdi: "Kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır”.
Prezident yerli telekanallara verdiyi müsahibədə deyir: "Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir”.
Qısası, vəzifəyə təyin edilən kadrlar "yeni komanda” eyforiyasından çıxmalı, özünü toxunulmaz hesab etməməli və real işlər görməlidirlər, onların ölkə daxilində atdığı addımlar Prezidentin bütövlükdə Azərbaycanın gücləndirilməsi istiqamətində atdığı addımlara və milli tələblərə tam cavab verməlidir.
Müəllif: Samir Feyruzov
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
SİYASƏT, GÜNDƏM
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev