Mingəçevir İcra başçısı növbəti dəfə şəhid ailələrini ziyarət edib - FOTOLAR
07 Oktyabr 2021, 17:01
07 Oktyabr
2021
17:01
804
Yeganə təsəllim odur ki, doğma Şuşamız azad olundu
Mingəçevir İcra başçısı şəhid ailələrini ziyarət edib
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhidlərin ildönümü ərəfəsində şəhid ailələrini ziyarət edib. Ziyarət zamanı İlham İsmayılovu hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri müşayət ediblər. Hər bir şəhid ailəsinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
7 oktyabr tarixində baş tutan ziyarətdə ilkin olaraq şəhid Əzəmi Hüseynovun ailə üzvlərinin yaşadığı evə baş çəkilib. Əvvəlcə, İcra başçısı şəhidin ruhuna hörmət əlaməti olaraq onun adını daşıyan bulağa baxış keçirib, daha sonra mənzilindəki xatirə lövhəsi ilə tanış olub. Qonaqları qarşılayan şəhidin anası Sayad xanım və bacısı Elnarə xanım onları görcək göz yaşlarına hakim ola bilməyiblər. İlham İsmayılov şəhidin ailə üzvlərinə təskinlik verərək bildirib ki, "Əzəmi hər birimiz üçün qürur mənbəyidir, biz hamımız fəxr edirik ki, Əzəmi kimi igid oğullarımızın hesabına torpaqlarımız azad olundu. Onun ruhu şaddır ki, özünə görmək nəsib olmasa belə, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə doğma şəhəri olan Şuşa azadlığa qovuşdu.” Əslən şuşalı olan Sayad xanım İcra başçısının bu fikirləri ilə razılıq əlaməti olaraq "yeganə təsəllim odur ki, doğma Şuşamız azad olundu.”- deyə söyləyib.
Səmimi söhbət əsnasında şəhid Əzəmi Hüseynovun alicənablığı, qəhrəmanlığı və igidliyi barədə danışıldı, onun təhsil aldığı Mingəçevir Dövlət Universitetindəki nümunəvi tələbəlik illəri xatırlandı. Ailə üzvlərinin etiraflarından aydın oldu ki, Əzəmi Hüseynov şəhidliyi ən yüksək məqam sayır, özü də bu məqama ucalmağa can atırdı. "Biz bilirdik ki, o şəhid olmaq arzusunda idi və öz arzusuna çatdı” deyən Elnarə xanım, sonra kədərlənərək əlavə etdi ki, "lakin qardaşımın həsrətinə dözmək çox çətindir.”
Əzəmi Hüseynovun ailə üzvləri dövlətin diqqətindən razı olduqlarını, heç bir ehtiyac və problemlərinin olmadığını dilə gətirdilər, onlar üçün ən böyük qayğının bu əlamətdar gündə şəhər rəhbərliyinin onları ziyarət etmələri olduğunu vurğuladılar.
Digər ziyarət ünvanı isə şəhid Nurlan Məmişovun evi oldu. Binanın qarşısında qonaqları şəhidin atası İlqar Məmişov qarşıladı. İcra başçısı şəhid atasına başsağlığı verərək, prezident İlham Əliyevin şəhid və qazi ailələrinə diqqət və qayğısından söz açdı. O bildirdi ki, ölkə başçısı səviyyəsində bütün dövlət orqanları qarşısında şəhid ailələrini diqqətdə saxlamaq bir vəzifə kimi qoyulub və bu qayğı hər zaman davam edəcək. İlqar Məmişov İcra başçısına onları ziyarət etdiyi üçün minnətdarlığını çatdırmaqla yanaşı qarşılaşdığı problemləri də dilə gətirməyi unutmadı. Şəhid atası özünün usta olduğunu söyləyərək işsizlikdən əziyyət çəkdiyini, işlə təmin olunması üçün ona köməklik göstərilməsini xahiş etdi.
Məsələ ilə bağlı İcra Hakimiyyətinin müraciətinə cavab olaraq 20 saylı Ərazi Məşğulluq Xidmətindən bildirilib ki, İlqar Məmişov artıq özünüməşğulluq proqramına cəlb olunub və bu ilin noyabr ayının sonunadək tələb olunan avadanlıqlar şəhid atasına təhvil veriləcək. Bundan əlavə, İcra başçısı İlqar Məmişovun xahişini nəzərə alaraq şəhidin xatirə lövhəsi və bulağının ətrafına ağac və yaşıllıqların əkilməsi, eyni zamanda suvarılmasının təmin olunması ilə bağlı aidiyyatı idarənın rəhbərliyinə müvafiq göstəriş verdi.
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı