“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
24 İyun 2022, 11:57
24 İyun
2022
11:57
730
Orta Asiyanın mühüm ölkələrindən biri olan Özbəkistanla hərbi əməkdaşlığın perspektivləri necə qiymətləndirilir
Prezident İlham Əliyevin Özbəkistana səfərində bir sıra iqtisadi və humanitar sazişlərlə bərabər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək barədə saziş də imzalanıb. Bəzi ekspertlərə görə, hələlik ilkin addımlar atılsa da, istiqamət hərbi müttəfiqliyə doğru gedir. Hər iki ölkə qarşılıqlı olaraq bunda maraqlıdır. Bu isə o deməkdir ki, gələcəkdə Azərbaycanla Özbəkistanın hərbi müttəfiq olmaları tamamilə mümkündür.
Maraqlıdır ki, 1997-ci ildə yaradılmış GUAM hərbi ittifaq olmasa da, 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da bu təşkilata üzv olub. Bundan əlavə, Özbəkistan 15 may 1992-ci il tarixində əsası qoyulmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmuşdu. Bu ölkə əvvəllər də KTMT-də üzvlüyünü dayandırmışdı (1990-cı ildən 2000-ci ilin ortalarına qədər).
2006-cı ildə isə respublika rəhbərliyi KTMT-də üzvlüyünü bərpa etmək qərarına gəldi. 2006-cı ilin dekabrında Özbəkistanın o zamankı prezidenti İslam Kərimov bu barədə sərəncam verdi, 2008-ci ildə ölkə parlamenti sənədi ratifikasiya edib. Ölkənin KTMT-yə qayıdışı respublika rəhbərliyi ilə Qərb ölkələri arasında münasibətlərin pozulmasından sonra baş vermişdi. Özbəkistan formal olaraq KTMT-nin üzvü olsa da, təşkilatın fəaliyyətində heç bir fəallıq göstərmədi, onun xətti ilə həyata keçirilən hər hansı tədbirə qatılmaqdan, birgə hərbi təlimlərdə iştirakdan imtina etdi. Özbəkistan KTMT üzvü olarkən dövlət başçılarının və müdafiə nazirlərinin görüşlərində ya ümumiyyətlə, iştirak etmirdi, ya da burada qəbul edilmiş qərarları imzalamırdı. Ölkənin KTMT-də üzvlüyünü dayandırmasını Rusiyanın bu respublikanın ABŞ-la əlaqələrinin güclənməsi və öz ərazisində Amerika hərbi bazasının yerləşdirilməsi planı ilə əlaqələndirirdi. Özbəkistan indi faktiki Azərbaycan kimi bloklara qoşulmayan ölkədir və ikitərəfli əməkdaşlığa önəm verir.
Qeyd edək ki, son illər bu ölkənin qardaş Türkiyə ilə də əlaqələrində ciddi irəliləyiş var. Beləliklə, Orta Asiyanın mühüm ölkələrindən biri olan Özbəkistanla hərbi əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiz?
Bu sualla ekspertlərə müraciət etdik.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev öncəliklə Azərbaycan Prezidentinin Özbəkistana etdiyi səfərə toxundu: "İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri zamanı yaşanan müsbət olaylar, demək olar ki, bütün sahələr üzrə imzalanan sənədlər və perspektivlə bağlı nəzərdə tutulan layihələr həm iki ölkə arasındakı xoş münasibətlərin göstəricisidir, həm də regionda sülh və təhlükəsizliyi dəstəkləyən dövlətlərin vahid iradəsinin təcəssümüdür. Bilirsiniz ki, bu səfər zamanı geniş müzakirələr aparıldı və həmin müzakirələrin yekun nəticəsi olaraq bağlanan sazişlərin biri də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə idi.
Təbii ki, hərbi və təhlükəsizlik məsələləri bütün ölkələr kimi Azərbaycan və Özbəkistan üçün də əsas prioritetlərdən birini təşkil edir və bu münasibətləri gələcəkdə daha dərin hərbi müttəfiqlik səviyyəsinə çatdırmaq mümkündür. Özbəkistanın indiyə qədər GUAM və KTMT-də üzvlüyü olub. Düzdür, GUAM hərbi ittifaq deyildi, amma maraqlıdır ki, elə KTMT-də də Özbəkistanın iştirakı demək olar ki, formal xarakter daşıyıb. Daha dəqiqi, İslam Kərimovun zamanında Özbəkistan KTMT üzvlüyünə Qərbin soyuq münasibətinə cavab olaraq girmişdi. Yəni bu bir jest idi və KTMT-yə olan isti münasibətdən irəli gəlmirdi. Ona görə də təşkilatın illər boyunca düzənlənən hərbi təlimlərində və tədbirlərində iştirak etmədi. İndi isə Özbəkistan yeni strategiyalar üzərində çalışır və həmin strategiyanın əsas hədəflərindən biri Azərbaycanla isti münasibətlər qurmaqdır. Təməl artıq qoyulub. Cənab Prezidentin Özbəkistana səfəri olduqca uğurlu keçdi. Perspektiv son dərəcə işıqlı görünür.
Digər diqqət çəkən məqam isə Özbəkistanın sürətlə Türkiyəyə də yaxınlaşmasıdır və bu, olduqca müsbət haldır. Çünki Türkiyə ilə Azərbaycanın Özbəkistanla paralel fonda isti münasibət qurması, hər üç dövlətin bərabərliyi gücü birə-beş artıracaq və strateji mövzularla bağlı vahid fikrin ifadə olunmasına, vahid iradənin ortaya qoyulmasına xidmət edəcək.
Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibəti olduqca böyük perspektivlər vəd edir. Hərbi sahədəki yaxınlaşma isə həmin perspektivlər sırasında ən cəlbedici istiqamətlərdən biridir".
Şəhla Cəlilzadə
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə çox önəmli məsələlərə aydınlıq gətirdi: "Özbəkistan Mərkəzi Asiyada Rusiyaya ”kafa tutan" yeganə ölkədir və məhz burada 2001-2005-ci illərdə ABŞ-ın hərbi hava bazası yerləşib. Məhz bundan az öncə (1999-da) Özbəkistan Rusiyanın rəhbərlik etdiyi hərbi təşkilat olan KTMT-də üzvlükdən imtina etmiş və GUAM-a qatılmışdı. Lakin Rusiyanın təzyiqi ilə Özbəkistan hökuməti 2005-ci ildə GUAM-ı tərk etmiş, ABŞ hərbi bazasının fəaliyyətini dondurmuş və təkrar 2006-dan etibarən KTMT-yə üzv olmuşdu. Lakin bildiyimiz kimi, Özbəkistan və Qırğızıstan arasında sərhəd, su və bir sıra digər məsələlərlə bağlı mövcud olan regional qarşıdurmada Rusiya qırğızlara dəstək verir və hətta Qırğızıstanın cənubunda hərbi baza da yaratmışdır. Təsadüfi deyil ki, qırğızlar və özbəklər arasında milli zəmində dava da məhz SSRİ-nin dağılmaqda olduğu 1990-cı ildə yaşanmışdı. Rus siyasi elitası tabeçiliyindəki xalqlar arasında milli davaları qızışdırmaqda ustadır... Bu və digər amilləri nəzərə alan özbək hökuməti 2012-ci ildə təkrar KTMT-ni tərk etmişdir və bu dəfə birdəfəlik. Özbəkistan artıq Qoşulmama Hərəkatı ilə aktiv münasibətlər qurmaqda, regiondakı digər qonşuları ilə münasibətləri bərpa etməyə çalışmaqdadır. Ümumiyyətlə, Özbəkistan Qazaxıstanla birlikdə Mərkəzi Asiyanın iki əsas hərbi və enerji zəngini ölkəsi olduğu üçün Türkiyə müdafiə naziri Hulusi Akar bu iki ölkəni "bölgənin onurğa sütunu” adlandırmışdır. Akar 2020-ci ildə bölgəyə səfəri zamanı məhz bu iki ölkə ilə hərbi əməkdaşlıq sazişləri imzalamış və geniş ictimaiyyətdə bu, Türk Şurasının hərbi qanadı olacaq "Böyük Turan Ordusu”nun yaradılması istiqamətində atılmış ilk addım olaraq qiymətləndirilmiş, xüsusilə Rusiya media aləmində geniş narahatlıqlarla ifadə olunmuşdu. 2021-ci ilin 15 iyununda Türkiyənin Azərbaycanla müvafiq Şuşa Bəyannaməsi də hərbi ittifaqın yaradılmasını özündə ehtiva edir. Cənab Prezident İlham Əliyevin bugünlərdəki Özbəkistan səfərində Prezident Şavkat Mirziyoyevlə olduqca səmimi görüşü, ölkələr arasında münasibətlərin tarixi kökə bağlantısının, vahid dil və millət ünsürlərinin və türk kimliyinin vurğulanması, o cümlədən hərbi əməkdaşlığa dair sazişlər, bütün bunlar vahid bir ideya bütününün bir parçalarıdır. Bu, türk dünyasının etnik, milli, mədəni müstəvidə daha öncə baş tutan birləşdirilməsinin hazırda iqtisadi və hərbi sahədə birləşdirilməsi ilə davam etdirildiyini göstərir. Bu, gələcəkdə türk dünyasında geniş açılımlardan, lakin Rusiya tərəfindən gələ biləcək böyük təhlükələrdən xəbər verir. Artıq münaqişələrin arealının Mərkəzi Asiyaya doğru istiqamət aldığının şahidiyik. Yaxın gələcəkdə regionda olduqca canlı hadisələrə şahid olacağımızı ehtimal edirəm".
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
SİYASƏT, GÜNDƏM
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev