Qazi övladları məktəbli ləvazimatları ilə təmin edilib - FOTOLAR

Qazi övladları məktəbli ləvazimatları ilə təmin edilib - FOTOLAR
Mingəçevirdə "Qarabağ Qaziləri" İctimai Birliyi nəzdində "Gənc qazilər” Mingəçevir filialı qazi övladlarına məktəbli ləvazimatları hədiyyə edib.
Qazilərə iş adamı Hacı Vüsal Əlibəyli maddi və mənəvi dəstək göstərib. Bununla bağlı Mingəçevir Gənclər evində tədbir keçirilib. Tədbirə 44 günlük Vətən müharibəsi qaziləri və onların övladları qatılıb. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra "Gənc qazilər” İB rəhbəri, İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edən 12 saylı məktəbin hərbi hazırlıq müəllimi Namiq İbrahimli çıxış edərək əvvəlcə qazilərin övladlarının yeni tədris ili münasibəti ilə təbrik edib. Eyni zamanda onu da bildirib ki, Gənclər evinin müdiriyyəti tərəfindən hər bir qazi övladı gənclər evində fəaliyyət göstərən dərnəklərdən təmənnasız istifadə edə bilərlər. Namiq İbrahimli üzünü balaca fidanlara tutaraq qaziləri təqdim edərək onlara atalarının döyüş yoldaşları olduğunu bildirib: "Biz istədik ki, sizlər qəhrəman qazilərimizi də tanıyasız".
Vətən savaşından üzüağ çıxan gənclərimizlə öz təssüratlarını bölüşən Namiq İbrahimli bundan sonra da bu yöndə imkan daxilində onlara yardımçı olacaqlarını bildirib. 
Daha sonra qazilər hədiyyələrlə balaca məktəbliləri sevindirib. Qeyd edək ki, 45 qazi ailəsinə 18 adda məktəbli vəvazimatı verilib. 
Qazilər onlara göstərilən bu diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkilləri çəkilib./yeniavaz.com



Xəbər lenti