“Türkiyə hər zaman bizim yanımızda olub” – DEPUTAT

“Türkiyə hər zaman bizim yanımızda olub” – DEPUTAT
"Türkiyənin Cümhuriyyət bayramı Türk tarixinin ən böyük bayramlarından biridir. Qardaş dövlətin bu xoş günü, bu gözəl bayramı mübarək olsun. Tanrı Türkü qorusun!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Türkiyə hər zaman bizim yanımızda olub, hər zaman bizə öz qardaşlığını hiss elətdirib. Bütün tarix boyunca! 44 günlük Vətən Müharibəsində də Azərbaycan həmin dəstəyi gördü, əziz Türkiyə yanımızda oldu, bizimlə bərabər oldu və həmin bərabərlik bu gün də davam edir. 

Türkiyənin inkişafı göz qabağındadır. Türkiyə günü-gündən güclənir. Hazırda qardaş ölkə dünyada əsas söz sahiblərindən biridir və bunu görmək, bilmək həqiqətən də son dərəcə qürurvericidir. Var olsun, Türkiyə. Bir daha əziz qardaşlarımızı bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti