Vüqar Rəhimzadə: Tarixi Zəfərimiz gənclərin milli ruhda tərbiyəsində mühüm rola malikdir
08 Sentyabr 2021, 16:49
08 Sentyabr
2021
16:49
686
«Qırx dörd günlük İkinci Qarabağ müharibəsi hər bir Azərbaycan vətəndaşının, o cümlədən gəncinin torpaq, Vətən sevgisini nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyevin «hücum» əmrini daim səbirsizliklə gözləyən gənclərimiz 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə hücumlarının qarşısını almaq üçün Ali Baş Komandanın «İrəli, Azərbaycan əsgəri!» çağırışını böyük ruh yüksəkliyi ilə qarşıladılar. Həmin vaxtlarda könüllü olaraq Vətən müharibəsində iştirak etmək üçün gənclərimizin müraciətlərinin sayı-hesabı yox idi. Bu, qürurverici olmaqla yanaşı, onların böyüdükləri ailələrdə dəyərlərin necə yüksək səviyyədə aşılandığına, dövlətə, xalqa bağlılıqlarına bir daha işıq saldı. Tarixi Zəfərimizi qanları ilə yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə belə qəhrəman oğullar böyütdükləri üçün minnətdarlığımızı bildiririk. Dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən daim torpaq, Vətən sevgisini, vətənpərvərlik hisslərinin böyüklüyünü önə çəkir. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! Bu fikir tarixi Qələbəmizdən sonra daha çox və aktual səslənir. Əgər gənclərimiz 44 günlük Vətən müharibəsində «Vətən mənə oğul desə, nə dərdim» kimi çağırışlar edirdilərsə, bu gün artıq qürurla deyirik ki, Vətən nəinki sizə oğul dedi, eyni zamanda, qucaq açdı, vətənpərvərliyinizi, sevginizi, torpağa bağlılığınızı şəhidlik kimi ən yüksək zirvə ilə dəyərləndirdi.»
Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev sentyabrın 7-də Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha bu kimi məqamlara xüsusi diqqət yönəltdi: «Prezident İlham Əliyev «İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır» çağırışını etməklə şəhidlərimizin, qazilərimizin həyat yolunun bir vətənpərvərlik məktəbi olduğunu və illər keçdikcə bu məktəbin gənclərimizin yetişməsində, milli ruhda tərbiyəsində nə qədər böyük rol oynayacağının şahidi olacağıq.»
Baş redaktor diqqəti cənab İlham Əliyevin videoformatda keçirdiyi qəbulda səsləndirdiyi digər fikirlərə də yönəldib: «Dövlət başçısı İlham Əliyev gənclərimizin ənənəvi dəyərlər əsasında tərbiyə almasının vacibliyini bildirərək vurğulamışdır ki, həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Milli dəyərlərimizi dərk etməli, onları yaşatmalı və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Bütün bu çağırışlar fonunda ölkə Prezidenti bu fikri böyük qürur hissi ilə bildirmişdir ki, gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Çünki uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq. Bundan sonra müzəffər xalq, qalib ölkə olmağımızla qürur duyacağıq.»
V.Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə hər bir müsahibəsi, müraciəti, nitqi bugünümüzün reallıqlarına baxış fonunda gələcəyimizlə bağlı çağırışları özündə ehtiva edir: «30 ilə yaxın müharibə şəratində olan Azərbaycan bu gün tarixinin ən möhtəşəm dövrünu yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdışın tezləşdirilməsi üçün zəruri addımlar atılır. Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytarmaqla bizi sabaha daha böyük inamla addımlamağa, başımızı uca tutmağa səslədi. "Dəmir yumruq” dosta qürur, düşmənə göz dağı oldu. Beləliklə, Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 il sürən işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük Sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Zəfər və qəhrəmanlıq simvoluna çevrildi. Bu gün Azərbaycan gənci bu reallıqlar fonunda gələcəyə daha böyük inamla addımlayır. Dövlət başçısının hər bir çıxışında gənclərə böyük çağırışlar edilir. Eyni zamanda, bu gün yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin yardılması prioritet məsələ kimi öndədir. Azərbaycan dövlətinin siyasətində gənclərimizin dövlət idarəçiliyində irəli çəkilməsi, onların malik olduqları potensialdan istifadə əsas tələblər sırasındadır. Ölkəmizdə təhsilin, elmin inkişafına göstərilən diqqət və qayğı gələcəyimiz olan gənclərin hərtərəfli inkişafına dəstəkdən irəli gəlir. Müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə yeni mühiti formalaşdıra bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Dövlət başçısı İlham Əliyevin 11 aprel 2018-ci il prezident seçkilərində qələbəsindən sonra keçirilən möhtəşəm tədbirdə səsləndirdiyi "Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq" çağırışı da özündə bu məqamları ehtiva edirdi. 44 günlük İkinci Qarabağ müharibəsi bir daha bu çağırışların hansı müsbət nəticələrə yol açdığını nümayiş edirdi. Müzəffər Ordumuzun yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir! Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.»
Xəbər lenti
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
-
13:27“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
19:43Mingəçevir Dövlət Universiteti (MDU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq uğurla reallaşdırılır
-
19:36AZTV-də 5 saatlıq yeni il şousu olacaq
-
13:40“Təhlükəsizlik məktəbi” gənclər üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsinin icrasını davam edir
-
15:17“Kristal Abşeron“dan açıqlama
-
14:03Varşavada ilk dəfə Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu reallaşıb - GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
22 Fevral 2024
21 Fevral 2024
20 Fevral 2024
19 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM
Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb