Xocalı məktəbində “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
21 Fevral 2019, 12:12
21 Fevral
2019
12:12
2433
Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi münasibəti ilə "Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib.
Bunu Trend-ə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib.
Onun sözlərinə görə, təqdimat AQSİA-nın köməkliyi ilə təşkil edilib. "Xocalı: Şahidlər danışır” kitabı 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində çap edilib, daha əvvəl isə Azərbaycan, Türkiyə və Ukraynanın şəhərlərində təqdim edilib. Kitabda Xocalı soyqırımı şahidlərinin və işgəncələrə məruz qalmış insanların acı xatirələri əks olunub.
Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri, ictimai xadimlər iştirak ediblər.
Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin ağır nəticələri barədə danışıblar. Qeyd edilib ki, Xocalı soyqırımı ən dəhşətli cinayətlərdən biridir. Ermənilərin xalqımıza qarşı cinayəti, eləcə də Xocalı soyqırımını törədən şəxslər cəzasız qalmayacaqlar. Vurğulanıb ki, ölkəmizin rəhbərliyinin apardığı məqsədyönlü siyasət sayəsində Ermənistanın cinayət əməllərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə vacib iş aparılır və hər birimiz bu prosesdə iştirak etnəlidir, bir sıra dövlətlər, nüfuzlu beynəlxalq strukturlar Ermənistanın təcavüzünü tanıyıblar.
Məktəblilər mahnılar ifa ediblər və Vətən, Qarabağ, Xocalı barədə şeirlər oxuyublar. Tədbirdən sonra qonaqlar Xocalı şəhər 2 saylı məktəblə, tədris şəraiti və istedadlı uşaqların bacarıqlarının inkişafı ilə tanış olublar.
Xatırladaq ki, Xocalı soyqırımı erməni millətçiləri və işğalçılarının Azərbaycan xalqına qarşı 200 ildən artıq müddət ərzində apardığı etnik təmizlik və soyqırım siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq Xocalıya ağır texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə görünməmiş qəddarlıqla divan tutub. Bu hərbi-siyasi təcavüz zamanı şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Diaspor gəncləri Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı ilə onlayn beynəlxalq dəyirmi masa keçirilib
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
ABŞ-da yaşayan azərbaycanlı blogger
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Avropa İttifaqının Bakıdakı rəsmisi Diaspor Komitəsinə gəldi
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Şimali Kipr Türk Cumhuriyyətində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirildi
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
“Loqos” da “Xocalı Şikəstəsi” romanının təqdimatı keçirilib.
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Xocalı məktəbində “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm"-VİDEO
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
"Qarabağ"ı erməni klubu kimi təqdim etdilər - Rus kanalından təxribat