“Bu, xain təfəkkürdür!” – PARTİYA SƏDRİ

“Bu, xain təfəkkürdür!” – PARTİYA SƏDRİ
"Dünyada, regionda nə qədər hadisə baş verir, necə həssas bir durum var, amma hətta bu məqamda belə anti-milli qüvvələr, "AXCP” və "Milli Şura” adında satqın, yaramaz qurumlar öz destruktiv fəaliyyətlərinə ara vermirlər. Və mövzuları da dəyişmir. Elə dirəşiblər ki, aksiya belə getdi, feşmankəs elə gəldi. Ayıbdır. Vallah, billah ayıbdır!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Əli Kərimli əlindən gələn hər şeyi edir ki, bir şəkildə ortalıqdakı suyu bulandırsın, dövlətə, xalqa hansısa pisliyi etsin. Bu, xain təfəkkürdür! Bu, terrorçu xislətidir. Kərimli anlamalıdır ki, dövran artıq o dövran deyil. İndi iyrənc populizmlə, boğazdan yuxarı saxta sözlərlə nəyəsə nail olmaq qeyri-mümkündür.

AXCP- başdan ayağa qaraguruh yığınıdır. Rəhbəri isə nadandır, riyakardır və rəzildir. Bu qədər!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti