Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib
04 İyul 2022, 17:58
04 İyul
2022
17:58
798
Özbəkistan Respublikasının paytaxtı Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib. Tədbir Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək, birgə layihələr həyata keçirmək imkanları müzakirə olunub.
Türk Dövlətləri Aqrobiznes Forumunda çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, foruma qatılan kənd təsərrüfatı şirkətləri ikitərəfli görüşlər keçirmək imkanından maksimum yararlanmalıdır: "Ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda aqro-ərzaq sistemimizin davamlı transformasiyasına nail olmaqda maraqlıyıq. Yaşıl enerji, rəqəmsallaşma və daha güclü biznes mühiti davamlı kənd təsərrüfatının qurulması üçün əsas hədəflər sayılır. Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni ağıllı kəndlər salınır. Bu ərazilərdə iqlim baxımından ağıllı və icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi əsas prioritetdir. Bunu nəzərə alaraq, bütün iştirakçılar azad olunmuş ərazilərin aqro-ərzaq sistemlərinin inkişafı üçün ən yaxşı texnologiya və təcrübələrin transferində əməkdaşlığa dəvət edilir”.
Qeyd olunub ki, Azərbaycan hökuməti əlverişli investisiya mühiti yaratmaqla kənd təsərrüfatı sektorunu xarici investorlar üçün daha cəlbedici etməyə çalışır: "Kənd təsərrüfatına ciddi dövlət dəstəyi mexanizmləri mövcuddur, bu sahənin inkişafı üçün kreditlər ayrılır. Eyni zamanda aqrar məhsul istehsalı prosesi bütün növ vergi ödəmələrindən azaddır. Azərbaycan bazarında fəaliyyət göstərən xarici aqrar şirkətlər də eyni üstünlüklərdən istifadə edə bilərlər. Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri ilə Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Xarici investorların və iş adamlarının bu mühüm logistika layihələrinin üstünlüklərdən yararlanmaq imkanları var”.
Daha sonra Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitrəfli görüşlər keçirilib. Ar-Ge, aqrar təhsil, texnologiya transferi, bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycanı Forumda 20-dək aqrar şirkətin nümayəndələri təmsil edir.
Lobbi.Az
Xəbər lenti
-
15:51"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
13:46Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:35Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:04Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:02QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi
-
“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub
-
“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
-
Kür çayına balıq körpələri buraxılıb
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi – FOTO
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimatı keçirildi - FOTO
-
İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi