“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimatı keçirildi - FOTO

Bu gün Nizami Kinoteatrında "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Və İdman Nazirliyinin dəstəyilə 2-ci Qarabağ savaşı haqqında çəkilən "Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimat mərasimi keçirilib.
"Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filmi layihəsinin məqsədi Azərbaycan həqiqətlərinin Vətən müharibəsi kontekstində təbliğini nəzərdə tutan foto-video material və arxiv sənədləri əsasında xüsusi bədii üslubda çəkilmiş sənədli filmin nümayişi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Təqdimat mərasimində öncəliklə Azərbaycan himini səsləndirilib, daha sonra isə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cavid Əliyev bildirib ki, sənədli filmdə Vətən Müharibəsində qazanılan uğurlardan bəhs edilib. Unutmaq olmaz ki, Vətən müharibəsində əldə olunan Zəfərdə gənclərimizin rolu danılmazdır. Filmin təkcə Azərbaycanda deyil, Türkiyədə də təqdimatı həyata keçiriləcək.
Daha sonra çıxış edən Qarabağ qazisi Natiq Mehdiyev sənədli filmin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkür edib. O, vurğulayıb ki, bu cür layihələr şəhidlərin unudulmaması ilə yanaşı, gənclərdə vətənpərvərlik hissinin təbliğatında da böyük əhəmiyyətə malikdir.
Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə isə öz növbəsində qeyd edib ki, şəhidlərə həsr olunan sənədli filmlərin sayı getdikcə artırılmalıdır. Şəhidlərimiz təkcə Vətən uğrunda deyil, həm də hər birimizin təhlükəsizliyi uğrunda canlarını fəda ediblər. Gəncliklərini qurban verib şəhid olan gənclərimizə hər birimiz mənəvi borcluyuq.
Şəhidlərin haqqının əvəzolunmaz olduğunu bildirən Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili çıxışı zamanı bildirib ki, şəhidlər ölümsüzdür. Biz elə yaşamalıyıq ki, onların ruhu daima şad olsun.
Təqdimat mərasimində şəhidlərin ailə üzvləri, QHT və media rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, film "Yeni Çağ" Media Qrupu tərəfindən istehsal olunub.



Xəbər lenti
-
15:43O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
13:14"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
12:32Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
12:31“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
Digər xəbərlər
-
“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi
-
“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub
-
“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
-
Kür çayına balıq körpələri buraxılıb
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi – FOTO
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimatı keçirildi - FOTO
-
İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi