GÖZÜN ARXADA QALMASIN, ŞƏHİDİM…
18 Noyabr 2021, 15:53
18 Noyabr
2021
15:53
1028
Qədimdən də qədim yaşayış məskənimiz, doğma Vətənimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi, füsunkar guşəsi olan gözəl Qarabağımızın mürtəce və faşist xislətli Ermənistanın işğalından azad olunması uğrunda gedən çarpışmalarda böyük hünər və rəşadət göstərməklə canlarını fəda edən şəhid övladlarımız əsrlər, illər və qərinələr ötsə də heç zaman unudulmayacaqlar. Onların müqəddəs ruhları daim qəlbimizdə yaşayacaq, uyuduqları məzarlıqları isə and yerimiz, səcdəgahımız olaraq qalacaqdır.
Ötən ilki 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər və Qələbəmizin təmin olunmasında göstərdikləri cahana sığmayan qəhrəmanlıqları ilə öyündüyümüz cəsarətli, polad iradəli, şəhid ərənlərimiz kimi bu gün haqqında fəxrlə söz açdığımız Amanov Əhməd Tahir oğlu da həyatdan qəlbimizə köç edərək, nə qədər varıqsa bizimlə bir olacaqdır. Əhməd 1994-cü il sentyabrın 4-də Salahlı kəndində doğulub. Amanovlar ailəsində 2 bacının tək qardaşı idi. Hələ kənd orta məktəbin IX sinfində oxuyarkən anası Almaz xanım xərçəng xəstəliyinə tutulduğundan o, tam orta təhsilini yarımçıq qoyub. Həqiqi hərbi xidmətə çağırılanadək şəxsi təsərrüfatlarında çalışmaqla bahəm, hamıdan çarə və nicat gözləyən anasına gecə-gündüz qayğı göstərməkdən, qulluq etməkdən doymurmuş. Lakin nə qədər müalicə, dava-dərman edilsə də sağalması mümkün olmayıb.
2012-ci ildə Ordu sıralarına çağırılan Əhməd xidmət etdiyi dövrdə özünü nümunəvi, çalışqan əsgər, kəşfiyyatçı çavuş kimi tanıda bilib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Hərbiləşdirilmiş mühafizə dəstəsində fəaliyyət göstərib.
Lakin yüzlərlə qəlbi Vətən eşqi ilə döyünən cəsur və qeyrətli ərənlərdən biri kimi, o da Milli Ordu sıralarında müddətdən artıq hərbi xidmətdə olmaq arzusu ilə yaşayırmış. 2017-ci ildən "N" hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq fəaliyyətə başlayan Əhməd bir il ötdükdən sonra sevib-seçdiyi Fatma xanımla ailə qurub. Anasızlığın nisgilindən qurtarmayan Əhməd, Şəbnəm və Səbinə bu dəfə də ürək-damar xəstəliyindən əziyyət çəkən ataları Tahir kişinin acı taleyi ilə üzləşiblər. Yaxşı ki, həkimlərin səyi və ağır cərrahi əməliyyatdan sonra onun səhhəti babatlaşıb.
Şəhidin həyat yoldaşı Fatma xanım qəhərlənə-qəhərlənə suallarımı cavablandırır. Söyləyir ki, 2020-ci iln may ayında dünyaya göz açan oğlumuza Əhməd atasının adını qoydu. Gələcəkdə qızımız olarsa, vaxtsız itirdiyim anam Almazın adını qoyacağam - deyirdi. Oğlumuz dunyaya gəldikdən cəmi 4 ay sonra müharibə başladı.
Tahir kişi də oğlu barədə qürürla danışdı. Dedi ki, "N" hərbi hissəsində qulluq edən Əhməd həm də tank sürücü-mexaniki peşəsinə yiyələnib. Nə qədər desən intizamlı, qoçaq, bacarıqlı və möhkəm iradə sahibi idi. Seçdiyi tank sürücü-mexanikliyi peşəsini dərindən öyrənmək üçün öz üzərində durmadan çalışırmış. Ekipaj komandirinin əmri ilə sükanı arxasında əyləşdiyi tankla təlim-məşq meydanında şərti hücum və düşmən hədəfindən yayınmaq manevrlərini məharətlə və ustalıqla yerinə yetirirmiş. Hərdən telefonla bizimlə əlaqə saxlayarkən nümunəvi xidmətinə görə komandirləri tərəfindən təşəkkürnamə aldığı, əsgər yoldaşları arasında böyük hörmət, izzət və nüfuz sahibi olduğu haqda ağızdolusu danışırdı.
Ürəyi büsbütün doğma vətənə sədaqət eşqi ilə döyünən Əhməd durub-oturub onu da deyirdi ki, 30 ildir alçaq ermənilər bizim torpaqlarda sülənirlər. Onlar haranın qor-qoduqlarıdır ki, torpaqlarımıza sahib çıxa, bizə ağalıq edələr. İnşallah, biz onlara hədlərini bildirəcəyik. Doğrudan da həmin telefon danışğımızdan cəmi bir neçə gün sonra tankçı oğlumun dediyi kimi, erməni yağılarına həddini bildirən müqəddəs Vətən müharibəsi başlandı.
Əhməd Amanovun xidmət etdiyi hərbi hissə hücum əməliyyatına Tərtər-Talış və Suqovuşan istiqamətindən başlayıb. Həmin ərazilər dağlıq, mürəkkəb coğrafi relyefə malik olmaqla yanaşı, üstəlik, mənfur düşmənin 30 ildən bəri yaratdığı güclü müdafiə qurğuları və istehkamlar ilə keçilməz hala salınmışdı. Buna baxmayaraq doğma yurd-yuvalarımızı azad etmək uğrunda döyüşə girən Əhməd Amanovun xidmət etdiyi tank batalyonu qarşılarına çıxan hər cür sədləri, maneələri və düşmən mövqelərini yerlə yeksan etməklə saatbasaat irəliləməkdə idilər. Torpaqlarımızın az qala hər qarışı düşmən tapdağından azad edildikcə, əsgərlərimizin döyüş ruhu, qələbə əzmi artırdı. Elə bu kəskin hücumların birindəcə Əhmədin idarə etdiiyi tankı yağı düşmən hədəfə ala bilib və sentyabrın 28-də o, qəhrəmancasına Vətən uğrunda canından keçib.
Rəşadətli Vətən oğlu tankçı Əhməd də digər şəhid həmyerlilərinin uyuduqları Salahlı kənd qəbristanlığında, dünyadan nakam köçmüş anasının ayaqları altında dəfn olunub. Əhməd Amanovun evində onun əvəzedicisi olacaq Tahir adlı bir əsgər də böyüyür. Qədirbilən xalqımız haqlı olaraq şir ürəkli, aslan biləkli, mərd, cəsur, döyüş meydanında düşmənin başına od ələyərək, sözün həqiqi mənasında cəngavərlik göstərən ərənlərimizlə fəxr edir. O qanlı döyüşdə övladlarımızın al qanı doğma Qarabağımızda su kimi axsa da, nəticəsi gözlənildiyindən də möhtəşəm oldu. İllərboyu arzuladığımız ərazi bütövlüyümüzə, Qarabağımıza məhz möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının sərkərdəlik etdiyi qüdrətli və məğlubedilməz Milli Ordumuzun dünya hərb tarixinə düşən şücaəti nəticəsində qovuşduq. Şanlı Qələbəmizə töhfə verən ərənlərimiz! "Allah Sizə rəhmət eləsin, ruhunuz şad, məkanınız cənnət olsun!"
Amanov Əhməd Tahir oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Xəbər lenti
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SİYASƏT
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SİYASƏT
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib