“Radikal müxalifət elə eynən erməni qədər naqisdir!” – Elşən Musayev

“Radikal müxalifət elə eynən erməni qədər naqisdir!” – Elşən Musayev
"Qəribə olan bilirsinizmi nədir? "Milli Şura” adlanan anti-milli qurum hətta 44 günlük Vətən Müharibəsində də erməni cəbhəsinə xidmət etdi və indi də həmin fəaliyyətə davam edirlər. Baxın, onların yazdıqlarına, dediklərinə, çıxışlarına. Görün bu nadanların təbliğatında, söylədiklərində bircə abzaslıq milli ruh varmı? Qalıbmı? Yoxdur! Yəqin bundan sonra da olmayacaq. Bax ona görə adlarını qaraguruh qoymuşuq. Ona görə belə vətən xainləri ilə mübarizə aparırıq” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Əli Kərimlinin, "Milli Şura”nın, qaraguruhun mübarizəsi ancaq mövcud hakimiyyətlədir. Bu radikalların erməni ilə işi yoxdur. Bilirsinizmi niyə yoxdur? Çünki erməni diasporundan bolluca qidalanırlar, çünki erməniləşiblər, çünki erməni qədər naqisdirlər” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti