“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərilib
22 Sentyabr 2021, 15:18
22 Sentyabr
2021
15:18
598
Kənd Təsərrüfatı Nazirliyinin "Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində növbəti təsərrüfata dəstək göstərilib. Qax rayonunda yerləşən arıçılıq təsərrüfatında yenidənqurma işləri aparılıb, arı südü istehsalı ərazisi hasarlanıb, təsərrüfat sahəsi abadlaşdırılıb. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla təmin olunub.
Kənd təsərrüfatı naziri İnam Kərimov rayonun Ləkit kəndində "Bal Evi” arıçılıq təsərrüfatında görülmüş işlərlə tanış olub, aqroekoturzim layihələrinin təqdimatı mərasiminə qatılıb. Mərasimdə "Şəhərdən Kəndə” layihəsi çərçivəində görülən işlər, bu sosial layihənin aqrar turizmin inkişafına, kənd yerlərində məşğulluğun artmasına, fermerlərin gəlirlərinin yüksəlməsinə təsiri barədə məlumat verlib.
Tədbirdə çıxış edən nazir İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub. İqtisadiyyatın diversifikasiyası fonunda kənd təsərrüfatı ölkənin prioritet sahələrindən biri olmaqla son dövrlər sürətlə inkişaf edir. Kənd təsərrüfatını inkişafı həm də təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan verir. Bu səbəbdən nazirlik tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində bir sıra sosial yönümlü layihələr həyata keçirilir. Bu layihələrdən biri aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş "Şəhərdən kəndə” aqroekoturizm layihəsidir.
Aqroekoturizm dünyanın müxtəlif ölkələrindən olan insanların diqqətini kənd yerlərinə, mövcud təsərrüfatlara və ekologiyanın qorunmasına yönəlmiş bir fəaliyyətdir. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və eko sistemə həmçinin, müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır. "Şəhərdən kəndə” layihəsi çərçivəsində bölgələrdə aqroekoturizm obyektlərinin müasir standartlar əsasında qurulmasına dəstək verilir. Artıq 5 belə təsrrüfata müvafiq dəstək göstərilib.
Daha sonra "Bal Evi” təsərrüfatının rəhbəri Bədrəddin Həsrətov, "Biogarden” təsərrüfatının rəhbəri Etibar Nuriyev, "Lakeside Garden” təsərrüfatının rəhbəri Ramtik Alızadə, "Ballı bağça” təsərrüfatının rəhbəri Anar Məmmədov öz təsərrüfatlarının təqdimatını keçiriblər. Təqdimat mərasimində Azərbaycanda aqroekoturizmin inkişafı üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərə tövsiyələr verilib.
Tədbirin yekununda "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş qadınlara sertifikatlar təqdim olunub. Layihənin məqsədi qadınların arıçılıqla məşğul olmasını stimullaşdırmaq, bu sahəyə maraq göstərən qadınlara müvafiq təlimlər keçmək, onları sosial layihə çərçivəsində arıçılıq avadanlıqları ilə təmin etməkdir.
Tədbirdə FAO-nun, Dövlət Turizm Agentiyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Qax rayon icra hakimiyyətinin nümayəndələri, aqroekoturizm modulu üzrə təlim keçmiş fermerlər iştirak ediblər.
Qeyd edək ki, "Şəhərdən Kəndə” layihəsi "Paşa Holdinq”in dəstəyi ilə korporativ sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirilir.
Bu günə qədər "Şəhərdən Kəndə” layihəsinə qoşulmaq üçün 200-dən artıq fermer müraciət edib. Müraciət edən fermerlərin təsərrüfatlarına baxış zamanı bu təsərrüfatlardan 97-si aqroekoturizm üçün uyğun sayılıb. Əcnəbi və yerli mütəxəssislər tərəfindən 115 təsərrüfat sahibinə aqroekoturizm obyektlərinin qurulması istiqamətində təlimlər keçirilib, 40-dan çox təsərrüfata turlar təşkil olunub. Bu turlarda 900-ə yaxın turist, o cümlədən 170 əcnəbi turist işturak edib.
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!