“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
"Böyük tarixi əhəmiyyət kəsb edən "Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya çatdıran bir xüsusi mesajdır.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib: "Ölkə Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin qardaşlığını və sarsılmaz birliyini nümayiş etdirir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. "Şuşa Bəyannaməsi”nin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi."Şuşa Bəyannaməsi”nin həm qlobal, həm də regional önəmi çox böyükdür.
Şuşa Bəyannaməsindəki "Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər" prinsipi tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq proseslərinin sərhədlərini göstərir. "Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər" - bu, iki ölkə arasındakı münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır. Digər vacib məsələ ondan ibarətdir ki, tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt "Şuşa Bəyannaməsi” qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmamışdır. Həm bu baxımdan, həm qardaş Tükiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən "Şuşa Bəyannaməsi”nin tayı-bərabəri yoxdur. Qeyd edək ki, cari ildə İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev xüsusilə vurğuladı ki, "Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün biz bunu isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə etmək istəyirəm, bir yumruq!" Bəli, bizim millətimiz və dövlətimiz bir yumruq kimi möhkəm və sarsılmazdır. Qardaş ölkələrin qardaş Liderləri böyük tarixi Qələbələrə imza atır və bu uğurlar məhz bizim müzəffər xalq kimi xoşbəxt gələcəyimizi layiqincə təmin edir.”
"Ermənistan baş nazirinin açıq şəkildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirməsindən sonra Rusiyanın müvəqqəti hərbi kontingentinin diqtəsi ilə Xankəndində uydurma parlament gecə saat 11-də yığışaraq buna qarşı çıxdı.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Qərbdəkilər susdular. Cənab İlham Əliyevin Qarabağdakı separatçı ünsürlərin amnistiyası məsələsinə də baxıla biləcəyi haqda Birləşmiş Ştatların da alqışladığı açıqlaması qarşılığında özünü "prezident” adlandıran Araik Harutyunyanın diktatorlara xas hərəkətini görüb də başda "Freedom house” olmaqla demokratiya carçısı, insan haqları təəssübkeşləri sayılanların hikkədən partlayacaqlarını düşünürdük. Ancaq o da olmadı. Təsəvvür edirsinizmi, amnistiya haqda açıqlama səslənər-səslənməz separatçıların dəstəbaşısı Qarabağdakı haydillilərin mitinq keçirməsinə, sosial şəbəkədə nəsə paylaşmasına qadağa qoyan, hələ bunlar azmış kimi internetdə rejim əleyhinə hər hansı bir material axtarışına görə həbs nəzərdə tutan dırnaqarası sərəncam verir. Özgə vaxtı toplaşma və söz azadlığından dəm vuranların isə heç tükləri də tərpənmir. Əksinə yenə Azərbaycana təzyiqlər edilir. ABŞ və Avropa Birliyinin ATƏT-dəki təmsilçiləri Laçın yoluyla yüklərin azad şəkildə daşınmasının təmin olunmasından, Qarabağdakı haydillilərin hüquq və təhlükəsizliklərinin təminindən dəm vururlar. Kimdir onları təhlükəyə sürükləyən, Qarabağda qanunsuz silahlı birləşmə saxlayanlar yoxsa, Azərbaycan? Kimdir onların hüquqlarını pozan, separatçı rejim haqda internetdə hansısa mənfi materialın axtarışına görə həbs tətbiq edənlər, yoxsa Azərbaycan? Ümumiyyətlə, Afrikadan, Yaxın Şərqdən qaçanların hər yolla qarşısını kəsənlər, onları dənizlərdə batıranlar, ölkələrinə gəlib çıxanları isə qəfəsdə saxlayanlar Laçın yoluyla azad gediş-gəliş deyiləndə nəyi nəzərdə tuturlar? Həmən yolla yenə minaların daşınmasınımı, İranın və digərlərinin göndərdikləri terror təlimçilərinin Qarabağa sərbəst gediş-gəlişlərinimi? Qərbdəkilərin bütün bu normal məntiqə sığmayan davranışlarının nədən irəli gəldiyi sirr deyil. Onlar Ermənistanın və Qarabağdakı separatçı ünsürlərin yeni savaş hazırlığı gördüklərini bilirlər. Hayları revanşizmə sürükləyən və artıq onları silahlandıran Fransa kimi dövlətlərin də istəyi elə bu deyilmi? Maraqlıdır necə olur ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, özünü və ölkəsini vasitəçi kimi sırımağa çalışan Makron isə bizim torpaqlarımızı "mübahisəli ərazi” adlandırır. Yəqin ki, o, Almaniyaya cəmisi 42 günə təslim olan ölkəsinin təcrübəsindən çıxış edərək Ermənistanın da uduzduğu savaşın benefisiarına çevirmək istəyir. Amma unudur ki, indi ikinci dünya savaşı dönəmi deyil, bəlli səbəblərdən Fransanı da öz cərgələrinə qoşanlar hazırda Ukraynada əks cəbhədədirlər, ən əsası o zaman "böyük bacı” işğal olunmuşdu, onun Hitler Almaniyası sayaq nasizm xəstəliyinə yoluxmuş "kiçik bacısı” isə başqasının torpağına soxulmuşdu, oradan vurulub çıxarılıb. Amma təəssüf ki, hələ tam yox. Onun ordusunun tör-töküntüləri hələ də Qarabağdadır. Azərbaycanın bu vəziyyətlə barışacağını, ordusunun mövqelərinin davamlı atəşə tutulacağını görməzdən gələcəyini düşünənlər, Ermənistanı yeni savaşa sürükləyənlər yanılırlar. Unutmasınlar ki, sonuncu yenidən qarşıdurmaya baş vursa, bu dəfə "böyük bacı”nın ikinci dünya savaşındakı rüsvayçı məğlubiyyət rekordunu təzələyəcək, yəni ordusu 2020-ci ildəki kimi 44 günə yox, uzağı bir aya darmadağın ediləcək. Mən əminəm ki, başında cənab Əliyevlə sayın Ərdoğan kimi əsl liderlərin durduğu Azərbaycanla Türkiyə Ermənistanın necə Suriyaya çevrildiyinə seyrçi qalmayacaq, təhlükəsizliyimizin təmini üçün gərəkən nə lazımdırsa edəcəklər.”
Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.1
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
Digər xəbərlər
-
AZƏRBAYCAN, SİYASƏT, GÜNDƏM
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT, GÜNDƏM
2022-ci il FUAD MURADOV ÜÇÜN DÜŞƏRLİ OLMAYA BİLƏR – Dəyişiklik gözlənilir...
-
AZƏRBAYCAN, SİYASƏT, GÜNDƏM
Yerli və beynəlxalq jurnalistlər Ermənistanın hücumuna məruz qalıb - XİN