Xocalı, Xankəndi, Xocavənd və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
15 Sentyabr 2023, 09:28
15 Sentyabr
2023
09:28
386
Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar.
Müraciəti təqdim edir.
Biz - Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 ildir hələ də öz şəhər və rayonlarımıza, kəndlərimizə, evlərimizə, yurd yerlərimizə qayıda bilmirik.
Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıblar. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşamaları faktını belə danır. Bu uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri!
Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq. Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar, məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir olunub, evlərimiz viran edilib, yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçdü.
Doğma yurd yerlərimizə böyük ağrı, iztirab hissi ilə ancaq foto və videolarda baxırıq. Bir vaxtlar xoşbəxt yaşadığımız ərazilər indi "boz zona”ya çevrilib.
Ermənistan ordusunun qalıqları həmin ərazilərdən tamamilə çıxarılmalı, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntüləri özünü buraxmalı, qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır. Bu, bizim tələbimizdir! Bu, bütün Azərbaycanın tələbidir!
Azərbaycanın ərazi bütövlüyü bu ilin aprelində Laçında post qurulmaqla tam təmin edilib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti bizi bu xoşbəxt günlərə çıxarıb.
İndi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Evlərinə qayıdan Zəngilan, Laçın, Füzuli, Tərtər sakinlərinin yerə-göyə sığmayan sevinci bizi ruhlandırır, daha da ümidləndirir ki, biz də tezliklə bu Böyük Qayıdışın tərkib hissəsinə çevrilək.
Buna görə də Xocalıda, Xankəndidə, Xocavənddə, indi "boz zona”ya çevrilmiş digər ərazilər də Azərbaycanın suverenliyi təmin olunmalıdır.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərə səslənirik: siz Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları ilə xoşbəxt yaşaya bilərsiniz! Özünüzün, övladlarınızın, gələcək nəsillərinizin taleyini Ermənistanın və onun dəstəklədiyi qanunsuz xunta rejiminin əli ilə zəhərləməyin! Qarabağ sülh, birgəyaşayış, firavanlıq məkanına çevrilməlidir!
"Boz zona” həmişəlik qala bilməz. Bu dözülməzdir ki, biz hələ də evlərimizə qayıda bilmirik! Biz buradan bəyan edirik ki, hər birimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanırıq! Xocalıya, Xankəndiyə, Xocavəndə, Ağdərəyə qayıdacağımıza inanırıq! 30 ildən çoxdur ki, bir gün də olsun buna inamımız itməyib, bu günün böyük həsrəti ilə yaşayırıq!
Hər il Xocalı soyqırımı günü Bakıda "Ana harayı” abidəsini ziyarət edirik. Biz Xocalı faciəsini həm də Xocalımızda qeyd etməliyik. Xocalı bizi gözləyir! Böyük səbirsizliklə "Əziz Xocalı, biz qayıtmışıq!” deyəcəyimiz günü gözləyirik.
Dünya ictimaiyyətinə çağırış edirik ki, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı addımlara son qoymağı tələb etsin, bizim öz evimizə qayıtmaq hüququmuz təmin edilsin!
İmzalar:
1. Vəliyeva Xatirə - Xankəndi şəhər sakini, "Xankəndi - Məcburi Köçkünlərə Dəstək” İB sədri
2. Xudiyev Hikmət - Xankəndi sakini, Əməkdar jurnalist
3. Cəfərova Səriyyə - Xocalı rayon sakini, "Xocalı təcavüzünün tanıdılması” İB-nin sədri
4. Qasımova Flora - Xankəndi şəhər sakini, Prezident təqaüdçüsü
5. Məmmədov Vaqif - Xankəndi şəhər sakini
6. Vəliyev Nazim - Xankəndi şəhər sakini, həkim
7. Fərzəliyev Yusif - Xankəndi şəhər sakini, müəllim
8. Quliyeva Sevinc - Xankəndi şəhər sakini, həkim
9. Əlizadə Qəribə - Xankəndi şəhər sakini, müəllim
10. Əliyev İzzət - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, sürücü
11. Cəfərsoy İlhami - Şuşa rayonu Malıbəyli kənd sakini, professor, müəllim
12. Allahverdiyev Mübariz, Xocalı rayon sakini, professor, müəllim
13. Bağırov Vahid - Xankəndi şəhər sakini, təqaüdçü
14. Mirzəyeva Aynur - Xankəndi şəhər sakini, müəllim
15. Qarabağlı Aydın - Xankəndi şəhər sakini, Əməkdar jurnalist
16. Kazımov Qalib – Xankəndi şəhər sakini
17. Səmədov Səbuhi - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, şəhid övladı
18. Qasımov Ceyhun - Xankəndi şəhər sakini
19. Əliyeva Yeganə - Xankəndi şəhər sakini, müəllim
20. Kazımov Teymurxan - Xankəndi sakini
21. Rüstəmova Fiqurə - Xocalı rayon sakini, müəllim
22. Quliyev Elman - Xankəndi şəhər sakini
23. Zeynalov Yaqub - Xankəndi şəhər sakini, aktyor
24. Mustafayev Yaşar - Xankəndi şəhər sakini, müəllim
25. Mailov Namiq - Xankəndi şəhər sakini, jurnalist
26. Rəşidov Natiq - Xankəndi şəhər sakini
27. Əliyeva Nuridə - Xankəndi şəhər sakini, müəllimə
28. Rəsulov Novruz - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini
29. Quliyev Ramin - Xocalı şəhər sakini, müəllim
30. Hüseynova Samirə - Xocalı şəhər sakini, müəllim
31. Məmmədov Elxan - Xankəndi şəhər sakini
32. Mustafayev Qorxmaz - Ağdərə rayon sakini müəllim
33. Əmirov Xasay - Xankəndi şəhər sakini, müəllim
34. Fərəcov Vüqar - Xankəndi şəhər sakini
35. Əhmədova Ziba - Xankəndi şəhər sakini, təqaüdçü
36. Mirzəyev Sahib - Xankəndi şəhər sakini
37. Xudiyev İlham - Xankəndi şəhər sakini, jurnalist
38. Bəxtiyarova Sevda - Xankəndi şəhər sakini, müəllim
39. Quliyeva İradə - Xankəndi şəhər sakini, müəllim
40. Bağırova Sevil - Xankəndi şəhər sakini, müəllim
41. Qasımov Rafael - Xankəndi şəhər sakini
42. Əliyev Mürvət - Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakini, Qarabağ veteranı
43. Atakişiyev Sərhad - Xankəndi şəhər sakini, şəhid qardaşı
44. Məmmədova Emiliya - Xankəndi şəhər sakini, müəllim
45. Hüseynov İlqar - Xocavənd rayonu Qaradağlı kənd sakini
46. Muradova Rita - Xankəndi şəhər sakini, müəllim
47. Muradova Nazimə- Xankəndi şəhər sakini, təqaüdçü
48. Amil Quliyev - Xocalı rayon sakini, təqaüdçü
49. Quliyev Rafiq - Xocavənd rayonu Qaradağlı kənd sakini.
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Geosiyasi bədən real Vətənə qarşı
-
SİYASƏT, GÜNDƏM
"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
SİYASƏT, GÜNDƏM
"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir
-
SİYASƏT, GÜNDƏM
“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!
-
SİYASƏT, GÜNDƏM
Aygün Əliyeva: Agentlik 1 806 layihəyə maliyyə dəstəyi göstərib
-
SİYASƏT, GÜNDƏM
“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov
-
SİYASƏT, GÜNDƏM
İstiqlal Bəyannaməsi müasir müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoydu ŞƏRH